Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2014

Rusiya kosmik uğurlarını açıqladı: “Liderik”

Yola saldığımız 2014-cü ildə Rusiya kosmik buraxılışların miqdarına görə dünyada birinci yeri tutub.

“Roskosmos”un nümayəndəsinin RİA Novosti-yə verdiyi məlumata görə, SSRİ dövründən bu yana ilk dəfə 2014-cü ildə kosmik aparatların buraxılması planına müvafiq olaraq 38 start həyata keçirilib.

“1990-cı ilin ortalarında yaradılan “Anqar” ailəsinin ilk daşıyıcı raketlərinin “doğulmasını” bu ilin ən başlıca nailiyyəti hesab etmək olar. Rusiya kosmik sənayesinin mütəxəssisləri və Rusiya Müdafiə Nazirliyi yüngül “Anqar-1.2” sinfinin və ağır “Anqar-А5” sinfinin daşıyıcı-raketlərini sınaqdan keçiriblər”, - deyə agentliyin müsahibi bildirib.
846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24