Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2014

İmam Əli (ə) məscidində "Qəm axşamı" adlı məclis keçirilib

Dünən axşam Gürcüstanın Marneuli rayonunda yerləşən İmam Əli(ə) məscidində ilk dəfə olaraq Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkil etdiyi "Qəm axşamı" adlı İmam Həsən Əsgərinin (ə) şəhadətinə həsr olunmuş məclis keçirilib.

Höccətil islam vəl Müslimin Şeyx Hacı Hacıyevin imamlığı ilə qılınan şam və işa namazlarından sonra, Marneuli şəhərinin sevilən ruhanisi, əxlaq ustadı Hacı Qurban İmam Həsən Əsgəridən (ə) və Peyğəmbər (s.ə.v.s.) dövrü ilə İmam Zamanın (ə.f) dövründəki oxşarlıq və ziddiyyətlərindən danışıb.

Sonra Əhli-Beyt məddahı Kərbəlayi Rza həzin səsi ilə imamdan rovzə oxuyaraq məclisin mənəviyyat və hüzününü daha da artırıb. Sonda İmam Zaman(ə.f) ağa başda olmaqla bütün müsəlmanlara baş sağlığı diləyərək Uca Allahdan bütün müsəlmanların, xüsusən çətinliyi olanların çətinliklərinə əlac olması üçün dualar edilib.

Məscidin qarşısında ehsan süfrəsi qurulub və əzadarlara ehsan verilib./İslamazeri/
980 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 16:48
Bakıda 33 yaşlı kişi