Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2014

Türkiyənin Şırnaq vilayətində hərbi fəallıq müşahidə olunub

Türkiyənin Şırnaq vilayətində hərbi fəallıq müşahidə olunub. Ötən gün hökumət Cizrə rayonuna ağır hərbi texnika yeridib. Rəsmilər hərbi fəallıqla əlaqədar konkret bir səbəb açıqlamayıblar.

Bir qədər əvvəl Cizrə rayonunda müxalif fikirli qrupların qarşıdurması zamanı 3 nəfər ölmüşdü. Zorakılıqlarla əlaqədar bölgədə gərginlik yenidən artıb.

Hökumət regionda vəziyyətin xüsui qruplar tərəfindən qəsdlə gərginləşdirildiyini iddia edir. Bununla belə, rəsmi Ankara kürdlərlə barışıq prosesinin bütün əngəllərə baxmayaraq, davam etdiriləcəyini açıqlayıb./IHA/
1032 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP