Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2014

Naxçıvanda tikanlı məftillərin sökülməsindən 25 il ötdü...

Xalq Arzusu Hərəkatının lideri, AXC Naxçıvan şöbəsinin keçmiş sədri, 1989-cu ildə İranla sərhəddəki tikanlı məftillərin sökülməsi hadisələrinin əsas iştirakçısı, daha doğrusu, həmin prosesin təşkilat komitəsinin sədri Asəf Quliyev 25 il öncə baş verənləri Moderator.az-a qısaca belə nəql edib:

"1989-cu ilin noyabr ayında AXC Naxçıvan Muxtar Respublika təşkilatının məclisində cənubla həmrəylik məqsədilə sərhəddə tədbir keçirilməsi qərara alındı. Dekabrın 4-də ilk tədbir baş tutdu. Minlərlə adam əl-ələ tutaraq sərhəddə düzüldü. Dekabrın 12-də ikinci tədbir keçirildi.12 dekabr tədbirinə MR-nın digər rayonları da qoşuldu. Hər iki tədbirin yüksək səviyyədə keçməsi özünə inam yaratdı. Artıq məftillərin sökülməsi gündəmə gəldi. Dekabr ayının 25- də Naxçıvan şəhərində keçirilən mitinqdə sərhəd məftillərinin sökülməsinə mitinq iştirakçılarının münasibəti soruşuldu. Hamı sökülməsini tələb etdi. Dekabrın 18- dən artıq sərhəd boyunca çadırlar qurulmuşdu. Istər yerli hakimiyyətdən, istərsə də mərkəzdən müəyyən təzyiqlər olurdu. Dəfələrlə müxtəlif hakimiyyət orqanları ilə danışıqlar oldu. Dekabrın 31-i saat 12- də isə180 km məsafədə sərhəd məftilləri söküldü."
863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber