Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2015

Putin 2015-ci ilə sərt qadağa ilə başladı

Rusiyanın dövlət orqanlarının istifadə etdiyi informasiya sistemlərinə aid texniki vasitələrin xaricdəki serverlərdə yerləşdirilməsi 2015-ci il, iyulun 1-dən etibarən qadağan edilir.

Rusiya KİV-ləri xəbər verir ki, bu qadağaları rəsmiləşdirən müvafiq qanun Rusiya prezidenti Vladimir Putin tərəfindən dekabrın 31-də imzalanıb. Həmin sənəd “İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması haqqında” Rusiya Federasiyası qanununun bir sıra maddələrinə dəyişikliklər edilməsini nəzərdə tutur.

“Dövlət orqanları, yerli özünüidarə orqanları, unitary dövlət və bələdiyyə müəssisələri, dövlət və bələdiyyə qurumları tərəfindən istifadə olunan informasiya sistemlərinin bütün texniki vasitələri yalnız Rusiya Federasiyasının ərazisində yerləşdirilməlidir” - deyə dekabrın 31-də rəsmi mənbələrdə dərc edilmiş sənəddə bildirilir.

Qanunun bu tələbini pozanlar sərt şəkildə cəzalandırılacaq.
868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır