Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2015

Jurnalistlərin ən çox öldürüldüyü ölkələr

Başa çatmaqda olan 2014-cü ildə ən çox jurnalist Pakistanda öldürülüb.

Beynəlxalq Jurnalistlər Federasiyasının hesabatında deyilir ki, bu il Pakistanda 14 jurnalist öldürülüb.

Reytinqdə ikinci yeri Suriya tutur. Bu ölkədə peşə borcunu yerinə yetirən 12 jurnalist həlak olub. Üçüncü pillədə Əfqanıstan və Fələstin qərarlaşıb. Bu ölkələrin hər birində 9 jurnalist öldürülüb. Dördüncü yerdə İraq və Ukraynadır. Bu ölkələrin hərəsində isə 8 jurnalist həyatını itirib.

Təşkilatın hesabatına əsasən, ümumilikdə 2014-cü ildə 118 KİV işçisi öldürülüb. Ekspertlər bu peşə sahiblərinin ölüm hallarının artdığını bildirirlər. Belə ki, 2013-cü ildə bu rəqəm 105 olmuşdu.
823 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı