Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2015

Müharibə əlili olan bu Bakılı rus balasının haqqlarını kim yeyir

Müharibə ərəfəsində olan, hər zaman vuruşmağa hazır olduğunu deyən dövlətimizdə müharibə veteranı, əlili, Bakılı balası olan və igidliklə vuruşan bu rus balasına hansı əbləh etinasızlıq göstəribsə ona lənət olsun!

Axı o vuruşan zaman onun sənədlərində zərrəbinl səhf axtaranlar analarını yubkalarının altında gizlənmişdilər!

«Mən Bakıda doğulmuş Yuriy Drobotovam.

Keçmiş hərbçiyəm. Qarabağ müharibəsində fəal iştirak etmişəm. OMON-un tərkibində 1992-ci ildə Şuşa şəhərində, Laçın və Kəlbəcər uğrunda gedən döyüşlərdə və Daşaltı əməliyyatlarında olmuşam. Ağdam-Naxçıvanik kəndində gedən döyüşlər zamanı ağır yaralandım.Sonuncu dəfə Zəngilan rayonu uğrunda döyüşlərə qatıldım. Rayonun işğalı zamanı mən də daxil olmaqla sağ qalan döyüşçülər Araz çayını keçdik. Yaralanmış ayaqlarım çayda dondu. Nəticədə hər iki ayağım dizdən aşağı amputasiya olundu. Bu günə qədər yaşlı anamın köməyi ilə Respublika Əlillərinin Bərpa Mərkəzində və Protez Mərkəzində ildə 3-4 dəfə bir aya yaxın müalicə alıram. Mən Azərbaycan torpaqlarını müdafiə etmişəm.

Müdafiə Nazirliyinin tərkibində vuruşmuşam deyə bu dövlət qurumuna da müraciət etdim. Bu nazirliyin Mərkəzi Arxiv İdarəsinə dəfələrlə döyüş əməliyyatlarında iştirakımı təsdiq edən sənədlərimin surətini göndərdim. İdarədən mənim Qarabağ müharibəsində iştirak etdiyimi təsdiqləyən sənədi istədim ki, veteran vəsiqəsini ala bilim. Sorğuya aldığım yeganə cavab bu olub ki, xidmət etdiyim 776 saylı hərbi hissənin ştatında soyadım tam yazılsa da, mənim və atamın adının yalnız baş hərfləri yazılıb. Şübhəli məqamın olduğunu iddia edərək, mənim müharibədə iştirak etdiyimi təsdiqləmədilər.

Mən nə edim ki, hərbi hissə komandiri kəşfiyyat qrupunun şəxsi heyətini belə qruplaşdırıb. Digər tərəfdən, sağ qalan kəşfiyyat qrupunun üzvləri veteran və Qarabağ əlili statusunu alıblar. Mən 7 ildir mübarizə aparıram ki, öz haqqımı qanuniləşdirim. Vətən uğrunda borcumu könüllü olaraq layiqincə yerinə yetirməyimə baxmayaraq, mən hələ də Qarabağ müharibəsi iştirakçısı olaraq veteran vəsiqəsini ala bilmirəm. Mənim haqqım pozulmaqda davam edir»

Kasıb yaşayan Yuriy Drobotov indi qoca anasının ümidinə qalıb. Dövlət ona yardım etməlidir, etməsə belə biz insanlar ona bacardığımız yardımı göstərməliyik!/terefinfo/

yura drobot

yura erize
772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...