Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Biz bir binada yaşayırıq. Bu binada yaxınlardan birinin interneti WiFi vasitəsi ilə internetə qoşuluruq. Lakin qoşulduğumuz zaman başqa şəxslərin də bu internetdən istifadə etdiyini müşahidə edirik. Razılığı olmadığı halda (çünki həmin qoşulmanın hansı evə aid olduğunu bilmirik) digər şəbəkələrdən istifadənin hökmü nədir? Əvvəllər bəzi vaxt istifadə etmişik. Bu barədə nə etmək lazımdır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Digərlərinin əmlakından onların icazəsi olmadan istifadə etmək günahdır və insan o şəxsə borcludur. WiFi interneti ilə əlaqədar qeyd etmək lazımdır ki, bu internetin qonşulardan birinə aid olduğuna görə, tapılmalıdır ki, bu internet kimə aiddir və onun məbləği sahibinə verilməli və ondan icazə alınması zəruridir.
Qeyd:Vacibdir ki, qonşunun internetindən istifadə etdiyi qədər dəyərində məbləği qonşuya ödəsin. Lakin bir sıra səbəblərə görə, özü bu işi yerinə yetirə bilməsə, bir şəxsə qonşuya həmin məbləği ödəməsini tapşıra bilər. Lazım deyil ki, öz adını desin və qonşunu tapa bilmədiyi təqdirdə, həmin məbləği öz təqdlid mərcəyinə təhvil verə bilər. 
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:19</