Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2015

Kim Çen Indan dünyanı şoka salacaq təklif

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanın ən yüksək rütbəli rəsmilərilə danışıqlar aparmağı təklif edib. Prezident Kim bunu dövlət televiziyasında yayımlanan yeni il çıxışında deyib.
O deyib ki, Pxenyanın şərtləri qəbul olunsa o, hətta Cənubi Koreya prezidenti Park Geun-hye ilə görüş keçirməyə də hazırdır.
Bazar ertəsi Cənubi Koreya bir sıra məsələlər üzrə danışıqları yenidən başlamağa çağırış etmişdi, məsələn Koreya Müharibəsi nəticəsində iki yerə bölünən ailələrin yenidən birləşməsi.
"Əhvaldan və vəziyyətdən asılı olaraq yüksək səviyyəli sammit keçirməməyə heç bir səbəb yoxdur", Prezident Kim deyib.
Amma BBC-nin Seouldakı müxbiri Kevin Kim deyir ki, iki Koreya prezidenti arasında görüşün nə qədər mümkün olduğu aydın deyil, çünki son aylar ərzində ölkələr arasında gərginlik artıb.
Bazar ertəsi Cənubi Koreyanın Birləşmə Naziri Ryoo Kihl-jae demişdi ki, Şimali və Cənubi Koreya "dinc birləşmə üçün plan çəkmək məqsədilə üz-üzə görüşməlidirlər".
Keçmişdə Şimali Koreya Cənubi Koreyanın birləşmə planlarını, onu işğal etmək cəhdi kimi qiymətləndirib.
Ryoo deyib ki, Şimali Koreyanın təklifə "müsbət cavab verəcəyinə" ümid edir.
1950-53-cü illər arasında baş verən Koreya münaqişəsindən sonra iki Koreya arasında müharibə faktiki olaraq davam edir. Münaqişə sülh sazişi ilə deyil, atəşin dayandırılması ilə bitdi.
1199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat