Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2015

Taliban toyda qırğın törətdi: 30 ölü, 60 yaralı

“Assoşieyted Press” agentliyinin Əfqanıstandan verdiyi xəbərə görə, cümə axşamı Taliban toy mərasimi keçirilən evə raket atıb. Nəticədə 30 nəfərə yaxın adam ölüb, 60 nəfər isə yaralanıb. Hadisə Helmen vilayətindəkin Sanqin rayonunda baş verib.

Yerli polisin mətbuat katibi Əhməd Obaid deyib ki, Əbdül Halen əmisi qızı olan gəlinin toyunu öz evində edirmiş. O deyib ki, evə raket düşəndən sonra 9 uşağı yoxa çıxıb. İnsanlar gəlini qarşılamaq üçün evin qabasına toplaşıblar. Elə bu vaxt raket hər şeyi göyə sovurub.

O deyib: “Mənim doqquz uşağım yoxa çıxıb. Mən sadəcə tikə-parça olmuş bədənlərin ayrı-ayrı fraqmentlərini toplaya bildim. Heç bilmirəm ki, topladığım o hissələr mənim uşaqlarımındır, yoxsa başqa birisinindir”.

Xəbərdə deyilir ki, birinci vitse-prezident, general Əbdülrəşid Dostum deyib ki, o, 300 nəfərə yaxın Taliban üzvü ilə anlaşıb, onlar silahı yerə qoymağa razılıq veriblər.

Ancaq bütövlükdə NATO Əfqanıstanı rəsmi tərk etdikdən sonra Taliban daha aqressiv formada fəaliyyətini genişləndirib. /musavat/
1014 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:54