Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2015

Fələstin BCM-nə qoşulur

Fələstin lideri Mahmud Abbas Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulmaq üçün sənədlər imzalayıb.

BBC Azərbaycanın verdiyi məlumata görə, Ramallahda keçirilən görüşdə o, BCM-nin qurucu sazişi olan Roma Nizamnaməsini imzalayıb.

Fələstin üzv olarsa, fələstinlilər İsrailə qarşı müharibə cinayətləri ittihamları irəli sürə bilərlər. İsrailin Baş naziri bu addımı dərhal pisləyib.

Roma Nizamnaməsi, cənab Abbasın Qərb Sahilində yerləşən Ramallahda imzaladığı 20 beynəlxalq sazişdən biridir. Nizamnaməyə qoşulmaq, BCM-ə qoşulmaq üçün ilk addım sayılır.

"Biz şikayət etmək istəyirik. Bizə qarşı, torpaqlarımıza qarşı təcavüz edilir",- cənab Abbasdan sitat gətirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu verdiyi cavabda deyib ki, İsrail cavab addımlar atacaq və İsrail əsgərlərini müdafiə edəcək.

BCM üzvü olmayan və bu qurumun yurisdiksiyasını tanımayan İsrail deyir ki, məhkəməyə qoşularaq fələstinlilər özlərini cinayət təqibinə məruz qoya bilərlər.
1049 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP