Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2015

İŞİD Türkiyə sərhədinə sığındı

Koalisiya ölkələrinə aid döyüş təyyarələrinin bombardmanından yayınmaq istəyən terrorçu qruplaşmanın üzvləri Türkiyə sərhədinə sığınıb.

Suriyanın Bab bölgəsində nəzarəti əlində saxlayan İŞİD yaraqlılarının Türkiyə sərhədindən 10 km uzaqlıqda olan mövqeləri koalisiya qüvvələri tərəfindən bombardman edilib.

Şiddətli hava hücumlarına məruz qalan terrorçular qorunmaq üçün daha etibarlı yer olaraq Türkiyə sərhədinə sığınıb. İŞİD üzvlərindən bəziləri isə Bab bölgəsindən ayrılaraq Kilis sərhədindəki qaz yatağına yerləşib.

Təhlükəsizliyi artırmaq məqsədi ilə Türkiyə tərəfi sərhəd xəttində 2-2.5 metr dərinliyində xəndəklər qazdırıb. /axar/
1243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.17, 23:30
GÖZƏL DUA - VİDEO
17.10.17, 22:28
Lerikə güclü qar yağıb
15.10.17, 09:16