Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2015

İsveçdə daha bir məscidə “Molotov kokteyli” atıldı

Bu gün İsveçin Upsala şəhərində naməlum şəxs yerli məscidin binasına “Molotov kokteyli” ataraq onu yandırmaq istəyib.

“France Presse” agentliyi xəbər verir ki, hadisə bu gün yanvarın 1-də olub. Məscidə hücum edən şəxs məscidin divarlarına irqçi şüarlar da yazıb.

Upsala şəhər polis idarəsinin rəsmisi bildirib ki, məscidi yandırmaq cəhdləri uğursuzluqla nəticələnib, üstəlik hadisə baş verən vaxt məsciddə heç kəs olmayıb deyə xəsarət alan da olmayıb.

Yerli polis bu hadisəni törədən şəxsin axtarışlarına başlayıb. Güman olunur ki, həmin şəxs təkbaşına hərəkət edib. Şahidlər də bildirib ki, yoldan keçən bir nəfər əlindəki yanan əşyanı məscidə tərəf atıb.

Yada salaq ki, bu, son vaxtlar İsveçdə məscidlərə üçüncü belə hücumdur. Dekabrın 29-da Eslev şəhərindəki məscid şübhəli şəraitdə yanmışdı. Dekabrın 25-də isə Eskulstun şəhərindəki məsciddə müəmmalı yanğın baş vermiş, 5 nəfər xsarət almışdı.

Bu hadisələrin heç birinin üstü açılmayıb. Bu da şübhələrə yol açır.
1024 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı