Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2015

Ermənilər yeddi rayonumuzu atəşə tutdu

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 86 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Noyemberyan rayonunun Barekamavan və Vosqepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Cəvahirli, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Minəxorlu, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Cocuq Mərcanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
1063 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi