Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2015

İsveçdə məscidlərin yandırılmasına qarşı etiraz aksiyası keçirilib

İsveçin paytaxtı Stokholmda mindən çox etirazçı ölkədə son zamanlar məscidlərə törədilən hücumlara qarşı təşkil olunmuş yürüşdə iştirak edib.

“BBC”-nin verdiyi xəbərə görə, “Mən məscidimə toxunmayın!” şüarı səsləndirən etirazçılar İsveç parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, ötən gün İsveçin şərqindəki Upsala şəhərində naməlum şəxslər İslam dini mərkəzin yerləşdiyi binaya “Molotov kokteyli” atıblar.

Bundan bir neçə gün əvvəl isə ölkədə naməlum şəxslər tərəfindən iki məscid yandırılıb.
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP