Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2015

Əcnəbilərin Rusiya ordusunda xidmət keçmə qaydaları müəyyənləşdi

Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşların Rusiya ordusunda müqavilə əsasında hərbi xidmət keçməsinin qaydalarını müəyyən edən fərman imzalayıb.

“BBC”-nin verdiyi xəbərə görə, sənədə əsasən, xarici vətəndaş olan hərbi qulluqçular hərbi vəziyyət və silahlı münaqişələr şəraitində vəzifələrini beynəlxalq hüququn qəbul edilmiş prinsipləri və normalarına, Rusiyanın beynəlxalq müqavilələrinə və Rusiya qanunvericiliyinə uyğun olaraq icra edirlər.

Barəsində istintaq tədbirləri və ya məhkəmə prosesi həyata keçirilən, həmçinin üzərində həbs cəzasının çəkilməmiş hissəsi olan və ya azadlıqdan məhrum edilməklə cəza çəkən xarici vətəndaşlarla müqavilə bağlana bilməz.
910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...