Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2015

“1950-ci illərdə göy üzündə baş verən qəribəliklər: o biz idik”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) şok etirafla çıxış edib. CIA rəsmiləri xüsusilə 1950 – 60-cı illərdə bütün dünyanı lərzəyə gətirən UNO-ların (Uçan Naməlum Obyekt) quruma aid cəsus təyyarələr olduğunu açıqlayıb.

Bu etiraf, quruma aid tvitter səhifəsində, “1950-ci illərdə göy üzündə baş verən qəribəliklər: o biz idik” – (Reports of unusual activity in the skies in the '50s? It was us) şəklində qeyd edilib.

Yadplanetlilər hesab olunan həmin cismlərin “U-2” təyyatələri olduğu bildirilib.

““U-2” cəsus təyyarələri 60 min fut (18 km) hündürlükdə uçuş təcrübəsi aparırdı. O günün şərtlərinə görə, bu hündürlükdə uçuş imkansız hesab olunurdu. Açıq gözlə görünən təyyarələr, “UNO” iddiaları yaradırdı”./ans/
1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber