Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2015

"Hacı Mövsüm Səmədov İmam Hüseyn(ə) yolunun davamçısıdır"

Keçən gün Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun qurumun baş məclisində etdiyi tarixi çıxışdan 4 il ötür. İslaminsesi.org-un əməkdaşı AİP-in Qadınlar Şurası və “Əsgər analarına dəstək” ictimai birliyinin sədri Növrəstə İbrahimovadan müsahibə götürüb.

-Bu gün islamçılar üçün kədərli və eyni zamanda qürurverici bir hadisənin ildönümüdür. O zaman AİP sədri Baş məclisin yığıncağında tarixi bir çıxış edərək hakimiyyəti ciddi tənqid etdi. Onun bu nitqindən 5 gün keçməmiş isə Mövsüm Səmədov hakimiyyət tərəfindən amansızlıqla cəzalandırıldı və şərlənərək 12 illik həbs cəzasına məhkum edildi. Bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

-Bismilləhir Rahmənir Rahim
Biz bu gün AİP sədri hacı Mövsüm Səmədovun 4 il öncə, yanvarın 2-də etdiyi məşhur çıxışının ildönümü münasibətilə partiya funksionerləri ilə bir araya gəldik. Həmin o çıxışın hacının həyatında yaratdığı sınaqları və bugünkü reallığı müzakirə etdik.

Mən öz çıxışımda 2015 ilə keçməyimiz, həqiqi mənada isə Vilayət bayramı münasibətilə bütün müsəlmanları səmimi qəlbdən təbrik etdim və imamımızın mübarək zühurunu hamımızın alnı açıq, üzüağ qarşılamağımızı bütün müsəlmanlara səmimi qəlbdən dilədim. Mən bu çıxışda bütün islamçıların hamımızın eyni məqsədə, eyni amaca malik olduğunu vurğuladım.
Bizim İslami dəyərlərə yetişməyimizin, Allahın qanunlarını yerinə yetirə biləcəyimizin, məhbus qardaşların zindanlardan qurtuluşu və bizim azadlığa nail olmağımızın yeganə yolunu mən Allahın lütfündən sonra, müsəlman bacı-qardaşların vəhdətində görürəm. Bu məqam hamı tərəfindən qeyd olundu. Çünki vəhdət olmasa, tarixdə hər zaman dəyişməz qalan “parçala, hökm sür” siyasəti öz qələbəsini gec-tez bizim üzərimizdə təmin edəcək. Bunu bütün müsəlmanlar başa düşməlidir. Bir məqamı xüsusi qeyd etməliyəm ki, İslamçının qınına çəkilib, siyasi-ictimai olaylardan kənarda qalmasını dinimiz heç vaxt qəbul etməyib. Çünki qınına çəkilmək insanın şəxsi həyatı ilə bağlı ola bilər. Amma İslama xatir, Allaha-Qurana xatir fəaliyyət göstərərkən insanın qınına çəkilməsi, laqeyd olması, özünü görməməzliyə vurması qəbuledilməzdir.

Əsil islamçı evində də, ictimaiyyət arasında olanda da haqsızlıq qarşısında susmamalıdır.

Onun düzgün yolda və vəhdətdə olması, müsəlmanlarla bir yerdə addımlaması, hər zaman haqqın tərəfini tutması əsil məqamın təsdiqidir. Mən burda iqtidarın xarici siyasət və demokratik dəyərlərə münasibəti ilə bağlı fikrimi çatdırdım. Bilirsiniz ki, ABŞ dövləti Rusiyaya qarşı sanksiya siyasətinə rəhbərlik edir və Azərbaycanı da bu koalisiyaya qoşulmağa dəvət edib. Rəsmi Bakı Amerikanın sanksiyalarla bağlı müraciətinə etiraz edib.

Dövlətimiz bu müraciətə cavab olaraq, qarşı tərəfi demokratiyanı boğmaqda, insan hüquqlarını pozmaqda günahlandırıb. Bu addımı çoxları dəstəkləyir. Amma mən bu məsələyə Ali-İmran surəsinin 191-ci ayəsində əsil mömin və möminənin təfəkkürünü əsas götürərək bildirirəm ki,əgər sanksiyalara qarşı çıxırsınızsa, başqalarını insan haqlarını pozmaqda ittiham edirsinizsə, onda bəs Qarabağımızın 23 ildir hüququnun tapdalanmasını hansı kitaba yazaq? Biz o şikayəti kimə edək? Həmçinin, Azərbaycanda bu gün nəinki islamçıların, bütün xalqın hüquq və konstutision hüquqları pozulur. Biz ölkədə baş verən çoxsaylı hüquq pozuntularını kimin ayağına yazaq, rüşvətxor və korrupsioner məmurların, yoxsa ABŞ hökumətinin?

-Siz bu mürəkkəb durumdan çıxmağın yollarını nədə görürsünüz?

-Bunun yolu birdir, birləşmək vəhdət əldə etmək...
Mən çıxışımda onu də qeyd etdim ki, mənim oğlum Mübariz İbrahimov 1996-cı ildə müqəddəs Qum şəhərində təhsil alıb. O həm filosof, həm də Quran təfsirçisidir. Lakin oğlum bir mütəxəssis kimi indiyədək heç bir yerdə işlə təmin olunmur. Çünki mənim İslam partiyasında təmsil olunmağım onun iş tapmasında birbaşa maneəyə çevrilib.

Mən bütün müsəlman bacı və qardaşlarımı vəhdətə çağırıram. Çünki İmam Xomeyni buyurub ki, İslam dünyasında hərcmərclik başlasa və İslam alimlərinin şəxsi münaqişələrinə başları qarışsa, o zaman İslam aradan gedər.

Hacı Mövsüm Səmədov İmam Hüseyn(ə)-ın Kərbəlada dediyi “əgər cəddim Peyğəmbərin gətirdiyi din, Quran, İslam mənim ölməyimin səbəbinə diri qalacaqsa, elə isə xəncərlər üstümə gəlsin” hədisini 4 il öncə öz çıxışında təkrarladı və ona görə də həbs həyatına məruz qaldı. Biz onun azadlığı naminə canımızdan belə keçməliyik.
1391 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı