Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2015

Gündüz Hacıyevin vəfatından 3 il ötdü

Tanınmış islamçı, gözəl ziyalı Gündüz Hacıyevin vəfatından 3 il ötdü.

Xatirələrdə hər zaman parlaq şəxsiyyət kimi anılan Gündüz Hacıyev 1958-ci ildə İmişlidə doğulub boya-başa çatıb. Kicik yaşlarından yaşıdları arasında həqiqət tərəfdarı, sözü üzə deməsi, haqlının yanında olması ilə fərqlənib. Ali təhsilini Bakı Biznes Universitetində alıb. Azərbaycanda xalq hərəkatında fəal iştirak edib. Ədalət uğrunda gedən mübarizənin hər zaman ön cərgəsində olub. Siyası fəaliyyətində də dönməz və haqq-ədalət tərəfdarı kimi tanınıb.

Azərbaycan Milli İstiqlal və Azərbaycan İslam partiyalarında təmsil olunub. 2004-cü ildə Fəzilət Partiyasını yaradıb. Harda olmasından asılı olmayaraq, hər zaman həqiqət carçısı kimi çıxış edib. Gündüz Hacıyevin dindar kəsim arasında xüsusi nüfuzu vardı və Azərbaycan Respublikasında anti-İslam siyasəti və hicab qadağasına qarşı islami qurumlarla birlikdə mübarizə aparırdı. O,uzun müddət sürən xəstəlikdən sonra 2011-ci il dekabrın 29-da dünyasını dəyişib.

Azərbaycan İslam Partiyasının sədri və üzvləri Gündüz Hacıyevin vəfatının üç illiyilə əlaqədar ailəsinə, yaxınlarına və onu tanıyanlara başsaqlığı verirlər.

Allah rəhmət elesin!
947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07