Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2015

Məscidə hücum edildi

Son bir həftədə İsveçdə növbəti dəfə müsəlmanların ibadət etdiyi məscidə hücum olub.

Somalili miqrantlara aid məscid naməlum şəxslər tərəfindən daşa basılıb.

Heç kimin olmadığı bir vaxtda həyata keçirilən hücum nəticəsində məscid pəncərəsinin şüşələri sınıb, namaz qılınan yerdən isə bir neçə ədəd daş tapılıb.

Skillinqard bölgəsində baş vermiş hücum faktı müsəlmanlar arasında təşviş yaradıb.

Yerli polis baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xatırladaq ki, xüsusilə ötən ilin son ayından etibarən bir çox Avropa ölkəsində müsəlmanlar və məscidlər intensiv hücumlara məruz qalır.
1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:42
38 yaşlı kişini