Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

Rusların miqrant ovu davam edir

Moskvanın “Sadovod” bazarında 600-dən çox miqrant saxlanılıb
Moskvanın “Sadovod” bazarında keçirilən yoxlamalar zamanı 600-dən çox miqrant saxlanılaraq polis bölmələrinə aparılıb.

Apa-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Zaslon-2” əməliyyatı çərçivəsində hüquq-mühafizə orqanları növbəti operativ-profilaktik tədbirlər həyata keçiriblər. Paytaxtın “Sadovod” bazarında saxlanılan 600-dən çox əcnəbi Rusiya Daxili İşlər Nazirliyinin müxtəlif ərazi idarələrinə aparılıb. Onların baş vermiş cinayətlərdə iştirak edib-etmədikləri və Rusiyada qanun əsasında çalışıb-çalışmadıqları araşdırılacaq.

Qeyd edək ki, “Sadovod” Ticarət Mərkəzi Azərbaycanın Quba rayonunda doğulmuş dağ yəhudisi Qod Nisanova məxsusdur. Bu ticarət mərkəzində xeyli sayda azərbaycanlı çalışır.
1639 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı