Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2015

İŞİD qadınları neçəyə satır?

İŞİD terrorçularının zəbt etdikləri ərazilərdəki əsir götürdükləri yezidi və xristian qadınları qul kimi satmaları təsdiqləndi. Satış ilk dəfə olaraq rəsmi şəkildə təsdiqlənib.

Belə ki, İraqda öldürülən İŞİD "əmiri" adlandırılan şəxsin üzərindən çıxan və üzərində terrorçu təşkilatın möhürü olan sənəd çıxıb. Bu sənəddə İŞİD tərəfindən bazar qurulduğu və şeytana sitayiş edən qadınların satıldığı qeyd edilib.

Sənədin üzərində hicri təqvimi ilə 14 zilhiccə 1435 (16 oktyabr 2014) tarixi göstərilib. Burada bazarda hər yaşdan olan qadının olduğu, yaşı böyüklərin ucuz, kiçik yaşlıların isə daa baha satıldığı qeyd edilib.

"Qənimət satış qiymətləri" adlandırlan kağızın İŞİD-ın vəzifəlilərinə göndərildiyi ehtimal edilir. Burada yazılıb: "Bismillahir rahmanir rahim. Bizə bir xəbər gəldi. Qadınlar və qənimətləri satmaq üçün bir bazar var. İndi bazarda qiymətlər düşüb. Ucuzlaşma İslam iqtisadiyyatındakı azalma ilə bağlıdır. Alış-verişi qəbul etməyənlər öldürüləcək".

Burada həmçinin qənimət satışının azalması, İŞİD gəlirləri və maliyyənin qarşılanması üçün bazarlara nəzarətçilərin qoyulması gərəkdiyi də yazılıb.

Siyahıya görə, bazara çıxarılan qadınların qiyməti belədir: 30- 40 yaş arası 75 min dinar (47 manat), 20-30 yaş 100 min dinar (63 manat), 10-20 yaş arası 150 min dinar (94 manat), 40-50 yaş 50 min dinar (32 manat), 1-9 yaşlı uşaqlar isə 200 min dinar (126 manat).

Sənədin açıqlama hissəsində yazılıb ki, bir kişi ən çox 3 qadın ala bilər. Sadəcə türklər və suriyalılar istədikləri qədər qadın almaqda sərbəstdirlər./ans/
1027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber