Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

Azərbaycanda mülayim hava şəraiti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman, çiskinli hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Rayonlarda havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Bəzi yerlərdə duman olacaq.
913 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56