Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

İraqda 12 min adam öldürülüb

Ötən il İraq ərazisində 12 mindən çox adam qətlə yetirilib.

İraqa yardım göstərilməsi üzrə BMT missiyasının xəbərinə görə, bu, son beş ildə qeydə alınan ən çoxsaylı insan tələfatıdır. Missiyanın məruzəsində deyilir ki, bu müddət ərzində İraqda 12 min 283 adam zorakılığın qurbanı olub, 23 mindən çox adam yaralanıb.

BMT missiyasının başçısı Nikolay Mladenov bildirib ki, İraqın dinc sakinləri 2014-cü ildə də zorakılıq və terrorizmdən əziyyət çəkiblər. Qurbanların sayı İraq və Şam İslam dövləti adlandırılan terrorçu qruplaşmanın və onunla əlaqədar hərəkatların bu ölkədə törətdikləri zorakılıq hallarının çoxalması səbəbindən artıb.

Qeyd edək ki, təkcə dekabr ayında İraqda 1101 adam qətlə yetirilib, 1868 nəfər yaralanıb.
730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24
Putindən də