Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

Ağdamda güclü atışma

Ermənistan silahlı birləşmələri hər dəfə cəbhə xəttini yarmağa uğursuz cəhdlərindən sonra təmas xəttində yerləşən kəndləri hədəf alır.

Bu gün axşam saatlarında qarşı tərəf Ağdamın təmas xəttində yerləşən bir neçə kəndini iri çaplı silahlardan və partlayıcı mərmilərdən atəşə tutub.

Təqribən 20 dəqiqəlik gülləbaran nəticəsində rayonun Çıraqlı və Orta Qərvənd kəndlərindəki evlərə ziyan dəyib. Atılan mərmilərdən bir neçəsi Çıraqlı kənd sakini Mötəbər Yəhya oğlu Şükürovun həyətyanı sahəsinə düşüb.

Nəticədə evin pəncərələri sınıb. Digər bir mərmi isə kənd sakini Aqil Aslanovun evinin qarşısına çəkilmiş istinad divarına dəyib. Partlayış nəticəsində hasarın bir hissəsi uçub. Kənd bələdiyyəsindən əldə etdiyimiz məlumata əsasən Çıraqlı kəndinə 11, Orta Qərvənd ərazisinə isə 15 mərmi düşüb. Kənd sakinləri arasında ölən və ya yaralanan yoxdur./ans/
898 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16