Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

Çikaqoda silahlı insident: 3 yaralı

ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) silahlı insident baş verib.

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, naməlum şəxsin atəş açması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisənin Saut-Sayd dairəsinin Raytvud bölgəsində baş verdiyi bildirilir. İlkin məlumata əsasən, naməlum şəxs içində 3 nəfərin olduğu avtomobilə yaxınlaşaraq atəş açıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP