Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

İtdirsəyinin yaranma səbəbləri və asan müalicə üsulu

Gözünüzdəki itdirsəyi həddindən artıq böyükdürsə, özünüz müdaxilə etmək əvəzinə həkimə müraciət etməyiniz daha məsləhətdir.

Göz qapağının içərisində qığırdaq quruluşda olan yağ kisəciklərinin iltihablanmasına xalq arasında itdirsəyi deyilir. Bu yağ kisəcikləri iltihablandığı üçün kiçik şişliklər meydana gətirir, göz qapağından göz səthinə təzyiq edərək ciddi ağrılara səbəb ola bilir.

Bəs gözdə itdirsəyini yaradan səbəblər nədir?

Həddindən artıq stres
Tozlu və ventilyasiyasız mühitlər
Sızanaqlı dəri tipi
Zəif immun sistemi
Göz kanallarının bağlanması və ya tıxanıqlığı
Başqalarının dəsmalını istifadə etmək və s. kimi faktorlar bu problemə vasitəçi ola bilər.

İtdirsəyinə əllə çox toxunmaq olmaz. Onun içərisindəki iltihab yayılarsa, daha pis nəticələr verə bilər. Çöldən itdirsəyinə közlənmiş soğan sürtmək faydalıdır. Sarımsaq da yaxşı effekt göstərsə də göz üçün təhlükəlidir. Çobanyastığı ilə isti kompres də bu problemin həllində sizə kömək edə bilər. Ancaq həddindən artıq böyükdürsə, özünüz müdaxilə etmək əvəzinə həkimə müraciət etməyiniz daha məsləhətdir.
867 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<