Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

İŞİD 162 kərküklü girovu azad etdi

İŞİD terror qruplaşması İraqın şimalında girov götürdüyü 170 şəxsin əksəriyyətini sərbəst buraxıb.

İTAR TASS-ın verdiyi xəbərə görə, terrorçular Əl Şəcərə və Qərib kəndlərindən olan 162 şəxsi azad ediblər.

Digər 8 girovun taleyi barədə heç bir məlumat verilmir. Xatırladaq ki, ötən gecə İŞİD döyüşçüləri Kərkük yaxınlığında yerləşən kəndlərdən 170 nəfər insanı qaçırmışdılar.

Buna səbəb kimi, həmin kəndlərdə İŞİD-in 2 bayrağının yandırılması göstərilirdi. Terrorçular kəndlərə bir neçə şəxsi axtarmaq bəhanəsi ilə daxil olmuşdular.
673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:57