Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

Bütün ölkə bu 4 yaşlı qıza acıdı... (FOTO)

Türkiyədə Mərvə adlı 4 yaşlı qızın şəkli bütün ölkəni təsirləndirib.

Türkiyənin Elazığ vilayətində bələdiyyə işçisi oyuncaq dükanının vitrininə baxan 4 yaşlı bir qızın şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Ölkənin hər yerindən şəkli görən insanlar təsirlənərək balaca qızcığaza çoxlu oyuncaqlar göndəriblər.

Şəkli çəkən bələdiyyə işçisi Mərvənin məsum baxışlarından təsirlənərək onun şəklini çəkib, sosial mediada paylaşdığını deyib. "Şəkli görənlər "biz bu qıza oyuncaqları, hədiyyələri necə göndərə bilərik?" deyə soruşdular. Mənə 30-40 növ geyim və oyuncaq göndərdilər ki, Mərvəyə çatdırım. Hələ də ona nə isə göndərmək istəyənlər, onun ünvanını soruşanlar var", - deyə, o bildirib.

Mərvənin ailəsi dağ kəndlərindən birində yaşayır və pendir, yağ satmaqla özünü dolandırır. Mərvənin nənəsi də nəvəsinin hədiyyələrə görə çox sevindiyini deyib. "Mərvə çox gözlədi. Uşaqlara da, "bu gün mənim dostlarım gələcək", deyib heç bayıra çıxmadı", - deyə nənəsi bildirib./ans/
702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı