Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

Nasistlər türkləri hədələdi

Almaniyanın Dormagen şəhərində radikal sağçılar məktəbə hücum edərək türkləri təhdid ediblər.

Məktəbin divarlarına "Türklər alman ola bilməz", "Türklər öldürüləcək" yazıları yazılıb, nasist Almaniyasının simvolu olan xaç işarəsi çəkilib.

Dormagen polisinin verdiyi məlumata görə, hadisə ilə bağlı səhər məlumat alıblar.

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Belə ki, təxminən 10 gün əvvəl də Süleymaniyə məscidinə buna bənzər hücum edilmişdi, divarlarına da İslamı təhqir edən ifadələr yazılmışdı. Bundan başqa, yeni il axşamı 1 qadın və 3 kişi olmaqla 4 nəfər alman türklərin işlətdiyi bir dükana giriblər. Satıcı dükanı bağladığını deyəndə isə almanlar dükanı dağıdıb, türkiyəli gənc satıcını isə qolundan bıçaqlayıb qaçıblar.
766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35