Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

​Şamaxıda yük maşını minik avtomobilinin üstünə aşıb: 6 nəfər ölüb

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “Hova” markalı yük avtomobili 1990-cı il təvvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus “Mercedes” markalı minik avtomobilinin üzərinə aşıb.
Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.03.17, 10:31
Ac qarına yaşayan əhali