Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

“İŞİD məhv olur”

İraqın Daxili İşlər naziri Məhəmməd Səlim Qabba İŞİD daxilində parçalanma getdiyini və yaxın zamanlarda tamamilə yox olacağını açıqlayıb.

Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumatına görə, nazir terrorçuların bir-birini edam etməsinin təşkilatın sonunu yaxınlaşdırdığını bildirib:

“100 adamın edam edilməsi İŞİD-də mənəvi məğlubiyyət və süqutun yaşandığının göstəricisidir. İraq təhlükəsizlik qüvvələri və döyüşən könüllülərin əldə etdiyi müvəffəqiyyət təqdirə layiqdir. Böyük əzmlə döyüşən ordu qüvvələrinin köməyi ilə yaxın vaxtlarda bütün torpaqlar terrorçuların əlindən alınacaq”.
Səlahəddin vilayətinin terrorçulardan alınacağını deyən nazir Mosulun da azad ediləcəyini vəd edib:
“Bir neçə gün ərzində Səlahəddin geri alınacaq. Böyük bir əməliyyatla Mosul da azad olunacaq”.
833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP