Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

Hicab qadağası müsəlman kişi və qadınların təhqiridir

Vəliyyi-fəqihin Ərdəbil ustanındakı nümayəndəsi, Ərdəbilin imam-cüməsi son cümə namazı xütbələrində şəmsi 1314-cü ildə Rzaxan tərəfindən hicabın qadağan olunmasının ildönümü münasibəti ilə hicab və iffət mövzusunda danışıb.
Ayətullah Amili İranda hicabla mübarizə tarixini üç dövrə bölüb:
1-ci dövr Rzaxanın zorakılıqla xalqın namusu olan qadınların başından hicabı açması dövrüdür.
2-ci dövr hicabın təhqiri və hicab qadağası ilə müşayiət olunan Pəhləvi dövrüdür. Üçüncü dövr İslam İnqilabı qarşısında Qərb mədəniyyətinin maneələr yaratması dövrüdür. Bu dövrdə Rzaxanın zorakılığı, Pəhləvi dövründəki təhqirlərin yerini Qərbin informasiya vasitələrinin hücumları tutub.
Ayətullah Amili deyib: İmperializm İslam düşüncəsinin dünyaya yayılması ilə 20 ildən artıq mübarizədən sonra bu şəkildə mübarizənin faydasız olduğunu gördü. Beləcə ideoloji müharibə, informasiya müharibəsinə start verildi. Bu dəfə düşmən İslam nizamına daxildən zərbə endirməyə çalışdı.
Ustanın ümumi mədəniyyət mərkəzinin rəisi sözünün davamında deyib: Qərbin İslam nizamı əleyhinə strategiyasında üç mövzu yer alır: İslam Cümhuriyyətini sıxıntıya salmaq doktrinası, informasiya müharibəsi və mədəniyyət hücumları.
İmam-cümə deyib: İslam İnqilabı ideoloji mübarizəni Avropanın küçə və meydanlarına çəkə bildi. Düşmən İslam hicabının səhnəyə gəlməsi ilə yeni hadisə ilə üzləşdi. Düşüncəsiz, məntiqsiz, qanunsuz şəkildə hicabla mübarizəyə başladılar. Bunu da qeyd edim ki, öz peyk şəbəkələri və sosial şəbəkələr vasitəsi ilə bəzilərinə mənfi təsir göstərə bildilər.
Ayətullah Amili xüsusi ilə hicabla bağlı mədəniyyət hücumlarına qarşı müqavimətdən danışdı.
Ərdəbil ustanı əhalisinin xibrə məclisindəki nümayəndəsi xütbələrin digər bir hissəsində İran İslam Cümhuriyyəti ordusunun Oman dənizində əzəmətli hərbi manevrini yada saldı: Hərbi təchizat sahəsində əldə olunan texnoloji nailiyyətlər İslam İnqilabının böyük iftixarlarındandır. Biz elə bir zamanda qürur yaşayırıq ki, məmləkətimiz texnologiya sahəsində maksimum sanksiyalarla üzbəüzdür.
İmam-cümə deyib: Ölkəmizin tarixində görünməmiş bu iqtidar düşmənləri hər hansı şəkildə təcavüz fikrindən daşındırıb, məyus edib./qafqaz.ir/az/
699 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı