Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

Viruslu İŞİD-çilər yandırıldı

İŞİD terror qruplaşması ölümcül virusa yaxalanan üzvlərini məhv ediblər.

İŞİD terror qruplaşması İraqın ikinci böyük şəhəri Mosulda Ebolaya yaxalanan 5 üzvünü yandıraraq öldürüb.

İraq Parlamenti səhiyyə komissiyası üzvü Feysəl Qazi ötən gün bir mətbuat toplantısı keçirərək Mosulda Ebola virusu daşıyan İŞİD-çilərlə bağlı məlumat verib. Qazi qruplaşmanın xəstəliyin qaşısını almaq üçün bir neçə yaraqlını yandırdığını açıqlayıb.

O, İŞİD-çilərin ölümcül virusa yaxalanmasını Mosul xalqı üçün təhlükə sayıb və Ebolanın bu bölgədə qarşısı alınmasa əhatə dairəsinin artacağından qorxduğunu söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl İŞİD terror qruplaşmasında bu virusun yayıldığı və onlar arasında böyük təşvişə səbəb olduğu bildirilmişdi.
709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14