Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

“Qüds İsrailin paytaxtı olmalıdır”

Fransa prezidentindən təcavüzkar açıqlama: “Qüds İsrailin paytaxtı olmalıdır”

İsrail rejiminin Fələstindən işğal etdiyi torpaqlara səfər edən Fransa prezidenti Fransua Oland, burada rejimin rəhbərliyi ilə keçirdiyi görüşlərdə təcavüzkar açıqlamalarla çıxış edib.

Deyerler.org-un “BBC”yə istinadən verdiyi xəbərə görə, Fransa prezidenti Oland çıxışı zamanı deyib ki, “paytaxtları Qüds olan İsrail və Fələstin dövlətləri” qurulmalıdır.

Ərəb ölkələrini İsrail rejimi ilə barışmağa dəvət edən Oland bildirib ki, fələstinli əsirləri sərbəst buraxmaq üçün önəmli addımlar atılmalıdır. “Ərəb ölkələrini, İsraillə barışmağa dəvət edirəm. Görüşlər kifayətli deyildir”, - deyə Oland bildirib.

Eyni zamanda İsrail rejiminin baş naziri Binyamin Netanyaho da çıxışı zamanı Fələstinin İordan çayının qərb sahilinə də getmək niyyətində olduğunu bildirib.

İsrail rejimi, eləcə də Fransa prezidentinin belə təcavüzkar bəyanatları Fələstin xalqı tərəfindən böyük etirazlarla qarşılanıb. Hətta, Qərb ölkələri və rejimə loyal münasibəti ilə tanınan Mahmud Abbas da, belə bəyanatlar səsləndirməkdən çəkinməyə çağırıb.
1624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39