Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

Səhər saatlarında Yəmən paytaxtında güclü partlayış törədilib

Bu gün səhər saatlarında Yəmənin paytaxtı Səna şəhərində inqilabçı husi qüvvələrinə aid olan binada güclü partlayış törədilib.

İnterAz-ın "Reuters"-ə istinadən məlumatına görə, bu barədə ölkənin Daxili İşlər orqanından məlumat verilib. Verilən məlumata görə, partlayış nəticəsində ölən olmayıb.

Şahidlər bildiriblər ki, partlayışın təsirindən binanın divarında böyük dəlik əmələ gəlib. Həmin binanın husilər tərəfindən hərbi baza kimi istifadə edildiyi qeyd olunur.

Partlayışdan dərhal sonra husi təhlükəsizlik qüvvələri ərazidə nəzarəti gücləndiriblər, binaya giriş-çıxış və yaxınlaşmaq məhdudlaşdırılıb.

Bildirək ki, Yəməndə husi inqilabından sonra "əl-Qaidə" terror qruplaşmasının Ərəbistan yarımadası qolu ölkədə terror aktlarının sayını artırıb. Bugünki partlayışın da həmin terror dəstələri tərəfindən törədildiyi ehtimal olunur.
749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber