Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

Masallıda növbəti seçki rəzaləti

71 saylı DSK və MSK rayondakı seçki saxtakarlığını biabırçı şəkildə ört-basdır edib; Qorxudulan şikayətçinin anasına oğlunun yerinə imtina ərizəsi yazdırılıb

Ölkədə ötən ilin 23 dekabrında keçirilmiş bələdiyyə seçkilərində baş vermiş biabırçılıqların əks-sədası hələ də davam edir. Xüsusən də Masallı rayonunda keçirilmiş seçkilərlə bağlı şikayətlər səngimək bilmir.

Belə biabırçı durumlardan biri 71 saylı Masallı kənd Seçki Dairəsində baş verib. Seçkinin nəticələrinə etiraz edərək, əllərindəki faktları MSK-ya təqdim edən 4 namizəd şikayətlərinə baxılmasını istəsə də, yerli DSK inanılmaz hərəkətə imza atıb.

Şikayətçilərdən biri Kərim Kərimli verdiyi məlumatda qeyd edib ki, 29 Dekabr 2014-cü il 71 saylı Masallı kənd DSK-ı 4 şikayətçidən 3-nü DSK-nın iclasına çağıraraq, "əndirəbadi" qərar gəbul edib. «Sonra güya şikayətçilərdən birinin şikayətindən imtina etdiyini bizim nəzərimizə çatdırdı. Əslində isə seçki xeyirinə saxtalaşdırıldığı Şamil Məmmədov şikayətçi Elmdar Məmmədovun evdə olmamasından istifadə edərək onun dayısı ilə şikayətçigilə gedərək, anasını qorxudublar və həmin yaşlı qadına DSK-ya şikayətdən imtina ərizəsi yazıblar. Yəni, Məmmədovun əvəzinə dayısı DSK-ya gedərək şikayət ərizədən imtina edib. Bu absurddur».

Kərim Kərimli daha sonra qeyd edib ki, dünən MSK-nın saytına daxil olarkən, güya, şikayətçi Mina Quliyeva şikatərindən imtina etməsi barədə məlumata rast gəliblər. «MSK-da öz başına qərar verib ki, saxtalaşdırmaya xitam versin. Halbuki M.Quliyevanın da E.Məmmədov kimi imtina ərizəsindən xəbəri yoxdur. Bu əsl rəzillikdir. Utanmadan saxtakarlıqlarının üstünü belə malalmaq istəyirlər»./jam.az/
757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP