Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

Ölkədə kütləvi ixtisarlar gözlənilir

Dövlət qurumlarına işçilərin sayının azaldılması barədə tapşırıq verilib

Mingəçevir DRES-in 200-dən çox əməkdaşı ixtisara salınır. Bu barədə moderator.az saytı məlumat yayıb. Məlumata görə, dekabrın 27-də “Azərenerji”dən quruma tapşırıq gəlib ki, yanvarın 1-dən 200-dən artıq işçi ilə əmək müqavilə bağlanılmasın. Bu xəbər DRES-də ciddi narahatçılığa səbəb olub.

Bundan başqa bağlanan əmək müqaviləsində də hansı hüquqlara sahib olduqlarını bilmək şansları yoxdur. Belə ki, mətnini oxumağa icazə vermədikləri bir sənəd imzalamaq üçün onlara təqdim edilir və buna etiraz edənlər müxtəlif bəhanələrlə işdən qovulurlar. Bunu görən digər işçilərsə onları da oxşar aqibət gözləməsin deyə səssizcə təqdim olunan sənədi imzalayırlar. Üstəlik, əvvəllər bağlanan əmək müqaviləsinin bir nüsxəsi işçiyə verildiyi halda son illər məhkəməyə müraciət etmək şanslarının heçə endirilməsi üçün əmək müqaviləsinin surətini onlara vermirlər.

Qeyd edək ki, bir müddət əvvəl “Azadlıq” Bakı Metropolitenində ixtisarların olacağı barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, Bakı Metropoliteni tikinti işlərini dayandırıb. Tikinti idarəsinin 900-ə yaxın işçisi öz hesabına məzuniyyətə göndərilib. Yerdə qalanların da ixtisara salınacağı gözlənilir. Baş verənlərin kökündə isə neftin ucuzlaşması dayanır. Hakimiyyət neftin ucuzlaşmasına görə bütün infrastruktur layihələri dayandırmağı qərara alıb.

Əldə etdiyimiz yeni məlumatlara görə, bütün dövlət qurumlarına yeni ildən ixtisarlara başlamaq haqqıda göstəriş gəlib. Bildirilir ki, hakimiyyət neftin daha da ucuzlaşacağının fərqindədir, bu baxımdan dövlət qurumlarınd işçilərin sayını azaltmaq istəyir. Məlumatlarda həmçinin bildirilir ki, infrastruktur layihələrin dayandırılması bunların icrasını həyata keçirən şirkətlərdə də böhranlı vəziyyət yaradıb. Bu baxımdan həmin şirkətlər də ixtisarlar barədə düşünür. Beləliklə, yeni ildə ölkədə kütləvi ixtisarlar gözlənilir./azadlıq/
680 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi