Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

Zukerberqə "Qurani-Kərim" təklifi

Facebook-un qurucusu Mark Zukerberqə oxumaq üçün "Qurani-Kərim" təklif edilib.

Sosial şəbəkənin təsisçisi öz Facebook hesabından "Kitab ili" adlı bir qrup açdığını elan edib. Qrup açıldıqdan sonra Markın 30 milyondan çox təqibçisi bu qrupa dəvət edilib.

Zukerberq bu addımı ilə Facebook istifadəçilərini kitab oxumağa cəlb etmək niyyətindədir. Mark iki həftəyə bir kitab oxuyacağını və bu kitabların adlarını sonradan qrupda paylaşacağını bildirib. Bununlada kitab həvəskarlarının sayını artırmaq istəyən Mark qrupda kitablarla bağlı müzakirələrə qoşulacağını deyib.

Mark Zukerberqin dəvəti ilə indiyə qədər kitab klubuna 100 mindən çox adam qoşulub. Qrup üzvləri Marka "Qurani-Kərim" kitabını oxumağı məsləhət görüblər. Təbii ki bu təklif hər kəs kimi Markın da diqqətini çəkib. Baxaq görək Zukerberq bu mövzuya hansı şərhi verəcək?
710 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22