Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

Anar Məmmədov “Lans”ı "Hafka"nın əlindən aldı

Fransa mətbuatında Hafiz Məmmədovun sahibi olduğu “Lans”la bağlı yeni məlumat yayılıb. Yayılan məlumatda yanvarın 1-dən etibarən klubun auksionerində dəyişiklik baş verdiyi vurğulanır. Bu barədə “Lans”ın prezidenti Jerve Martel hələ dekabrın 17-də məlumat sızdırmışdı. O, məsələni “bu, azərbaycanlılar arasında olan problemdir” kimi xarakterizə etmişdi.
Fransa mətbuatının iddiasına görə, dekabrın 31-nə qədər məsələ həllini tapmalı idi. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir. Fransız həmkarlarımız iddia edir ki, klubun yeni sahibi də azərbaycanlıdır. Bu, Anar Məmmədovdur - nəqliyyat naziri Ziya Məmmədovun oğlu. Fransızlar onu “Qarant Holdinq”in baş icraçı direktoru, tikinti, nəqliyyat, turizm maqnatı kimi təqdim ediblər.
Məlumata görə, “Lans”ın Hafiz Məmmədova məxsus olan səhmləri Anar Məmmədov və onun kompaniyası tərəfindən alınıb./komanda.az/
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP