Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

ABŞ ordusu Əfqanıstandan çıxası olmadı

ABŞ-ın və koalisiyanın Əfqanıstandakı hərbi qüvvələrinin iki ildən sonra ölkədən çıxarılması məsələsinə baxıla bilər.

Bunu Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay ABŞ-ın "CBS" telekanalına müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, hərbçilərin Əfqanıstan ərazisindən çıxarılması məsələsinin vacibliyi "yaddan çıxmasa" da, bunu "ehkama" çevirməyə də ehtiyac yoxdur.

"Sizin mövqeyinizdən prezident Obamanın xəbəri varmı" suala cavabında isə Ə.Əhmədzay deyib: "Prezident Obama məni yaxşı tanıyır. Hər məsələni bir-birimizə deməyimizə ehtiyac yoxdur".

ABŞ prezidenti Barak Obama isə amerikalı hərbçilərin bu ölkə ərazisindən 2016-cı ilin sonunda - yerli qüvvələr Əfqanıstanın təhlükəsizliyini təmin etdikdən sonra çıxarılacağı vədini verib.

Xatırladaq ki, 2014-cü ilin sonunda ABŞ və koalisiya qüvvələrinin əsas hissəsi Əfqanıstandan çıxarılmalı idi. Ölkədə antiterror əməliyyatlarının keçirilməsini dəstəkləmək üçün formal olaraq, əsasən amerikalılardan ibarət beynəlxalq qüvvələrə məxsus 13 min hərbçi qalıb.

13 il sürən hərbi əməliyyatlarda 50 ölkədən ibarət koalisiyada 130 mindən çox qüvvə iştirak edib./report/
730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28
Rusiyada saxta