Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

Mövsüm Səmədovu təzyiqlərlə susdurmaq mümkünsüzdür

AİP sədri Mövsüm Səmədovun həbsindən 4 il ötür. Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək, saxta ittihamlar əsasında 12 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Köçürüldüyü ilk gündən isə ona qarşı təzyiqlər güclənib, davamlı olaraq “kars”da saxlanılıb. Bütün bunlar azmış kimi, onu məhkəmənin hökmü ilə Qobustanda yerləşən qapalı rejimli həbsxanaya köçürüblər.

Bu qədər ağır cəza və təzyiqlərə səbəb nədir? Hakimiyyət Mövsüm Səmədov və digər dindar məhbuslardan niyə görə bu qədər ehtiyat edir?

İslaminsesi.org-un suallarını AİP-in Binəqədi komitəsinin sədri Rövşən Nuri cavablandırır.

-Bismilləhir Rahmənir Rahim
Bildiyiniz kimi, Hacı Mövsümün məlum tarixi çıxışı siyasi meydanda özünü göstərmək, məşhurlaşmaq üçün deyildi, ruhanu və ziyalı vəzifəsindən, vicdanının səsindən irəli gələn bir etiraz idi. O dövrdə ardıcıllıqla baş verən haqsızlıqlara qarşı ucalan bir üsyan səsiydi.

Məlum olduğu kimi hacı o çıxışından sonra, həbs edildi, onunla yanaşı, digər inanclı və imanlı insanlar da zindanlara atıldı. Bu da onu göstərdi ki, həqiqətən də Azərbaycanda ədalətsizlik və inanclı insanlara qarşı ögey münasibət mövcuddur.

Hacı Movsüm çıxışında bir ziyalı olaraq, heç bir təhqirə yol verməmişdi. Çünki təhqir və ədəbdən kənar ifadələr onun şəxsiyyətinə, leksionuna yaddır. O bir ziyalı kimi hakimiyyət məmurlarını əmr be məruf, nəhy əz munkərə dəvət etdi. Onları haqsızlığa son qoymağa səslədi.

Lakin iqtidar mənsubları onun həqiqət çağırışlarını boğmaq, susdurmaq üçün haçını həbs etdilər. Amma xalq arasındakı nüfuzunu məhv edə bilmədilər. O cür ziyalının həbs olunması Azərbaycan ictimaiyyətində birmənalı qəbul olunmur. Onun kimi savadlı, vicdanlı, ruhani bir alimin cəmiyyətdən təcrid olunması Azərbaycan xalqı üçün mənəvi itkidir, belə ki, onun cəmiyyətdən təcrid olunması ilə yanaşı, gənclərin tərbiyə olunması və maariflənməsi sahəsində böyük bir boşluq yaranıb.

Mövsüm Səmədovun həbsi xalqın inanclı kəsimini ciddi şəkildə narahat edir. Çünki hacı Mövsüm islamçıların siyasi lideridir. O, cəsarətli və uzaqörən bəyanatları ilə təkcə respublikada deyil, bütün region müsəlmanları arasında bir lider kimi tanınır.

Hakimiyyət eşalonunda olan bəzi məmurlar bu cür nüfuzlu, ziyalı və ruhani düşüncəli liderlərin mövcudluğundan bərk narahatdır. Bu cür insanları susdurmaqla, cəmiyyətdən tədric etməklə insanlar arasında bir qorxu xofu yaratmağa çalışırlar. Amma bir həqiqəti unudurlar ki, Azərbaycanda tarix boyu ədalətə səsləyən, haqq uğrunda canını fəda etmək istəyən insanlar olub və həmişə də olacaq.

Azərbaycanın ədalət carçısı olan neçə-nəçə igid oğlu ürəklərini məşələ çevirib xalqı işıqlı günlərə, azadlığa çıxarmaq uğrunda canlarını fəda ediblər.

Hacı Mövsüm də öz dövrünün qəhrəmanıdır. Qəlbini məşələ çevirən mübariz insandır. O, öz tarixi çıxışıyla cəsarətli olduğunu, rejimdən qorxub çəkinmədiyini, xalqın rifahı uğrunda öz şəxsi azadlığından imtina etməyə hazır olduğunu, ölkəsinə, vətəninə sadiq qaldığını sübut etdi. O, sözləriylə cəmiyyətə bir mesaj verdi ki, haqsızlığa qarşı susmaq olmaz, insan ədalətsizliklər önündə səsini qaldırmalı və öz vətəndaşlıq mövqeyini bildirməlidir.

İnsanın aqibətini müəyyənləşdirən amillərdən biri insanın mövqe bildirməsidir. Biganəlik cəmiyyətdə bəyənilməyən bir işdir. Əsasən də dindarlara, Allah yolunda olan insanlara yaraşmayan bir xüsusiyyətdir. Hacıya qarşı indi də olan təzyiqlər onu göstərir ki, o haqq yolda olan bir insandır. Və onu sındırmaq, təzyiqlər yolu ilə susdurmaq mümkünsüzdür.
1099 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:56
“Ko