Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

"Bəzi müsəlman dövlətlər Qərbin sözü ilə hərəkət edir"

“Bəzi dövlətlər Qərbin sözü ilə hərəkət edir və öz neftini ucuz sataraq, o pulla silah alır. İnsan bunu görəndə utanır”.

Bu açıqlama ilə İran parlamentinin spikeri Əli Laricani çıxış edib. Müsəlman Tələbələrin beşinci Beynəlxalq Quran müsabiqəsinin bağlanış mərasimində çıxış edən Əli Laricani bəzi müsəlman dövlətlərin Qərbin təsirində olmasından təəssüfləndiyini bildirib:

“Bəzi müsəlman dövlətlər Qərbin sözü ilə hərəkət edir və öz neftini ucuz sataraq, həmin pulla silah alır. İnsan bunu görəndə utanır. Neft hasilatını artırmaqla onun qiymətini ucuzlaşdırıb, İran iqtisadiyyatına zərbə vuracağınızı düşünürsünüz? İran öz büdcəsini təmin edə bilir və xoşbəxtlikdən illər öncə qeyri-neft sektorunun inkişafı istiqamətində xeyli işlər görülüb. Siz belə etməklə özünüzə zərər vurursunuz və mənfəətini də böyük şirkətlər götürür”./axar/
674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat