Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Devid Kameron Həsən Ruhaniyə zəng vurub

İngiltərənin baş naziri Devid Kameronla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Ans “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iki lider ölkələr arasındakı münasibətlərdən danışıblar və qarşılıqlı olaraq diplomatik nümayəndəliklər açılmasından məmnun qaldıqlarını ifadə ediblər. Hər iki dövlət rəsmisi ölkələr arasında münasibətlərin bundan sonra da davam edəcəyini bildirib.

Xatırladaq ki, 2011-ci ildə İranda bir qrup tələbənin İngiltərə səfirliyinə hücum edərək səfirlik əməkdaşlarını girov götürməsindən sonra ölkələr arasında diplomatik əlaqə kəsilmişdi.

Qeyd edək ki, Devid Kameron son 10 ildə İran prezidentinə zəng vuran ilk İngiltərə baş naziridir.
1946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10