Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

Hərbçilər qəzaya düşdü: 12 ölü, 22 yaralı

Ukraynanın Donetsk vilayətində hərbçilər yol qəzasına düşüb.

UNN agentliyinin verdiyi xəbərə görə, “Boqdan” avtobusunun “KRAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində 12 hərbçi ölüb, 22-si xəsarət alıb.

İlkin ehtimala görə, qəzaya səbəb pis hava şəraiti olub.

“Yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar Artyomovsk şəhərinin Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hazırda polis və prokurorluq orqanları əməkdaşları hadisə yerindədirlər, araşdırma aparılır”, Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin məlumatında bildirilir.
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.17, 09:37
YENƏ DƏ İNTİHAR
29.05.17, 09:21
YENƏ İNTİHAR
29.05.17, 09:08
Təqva qorxmaqdır?
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
26.05.17, 11:30