Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

Rus ordusunun yeni silahı (Video)

Rusiya ordusu robot sınaqları zamanı öz bacarıqlarını nümayiş etdirib.

Rusiya Müdafiə Nazirliyi açıqlamasında quruda istifadə üçün nəzərdə tutulan robot kompleksindən başqa, pilotsuz təyyarələr və sualtı qayıqlar üçün də robotlar hazırlandığını bildirilir. Bu barədə Rusiyanın NTV telekanalı xəbər yayıb. 

Bu robotlar “2025-ci ilə qədər perspektivli hərbi robot texnikasının yaradılması” kompleks proqramı çərçivəsində hazırlanıb. Mühəndis qoşunu ilə yanaşı, buraya “Uran-6” minatəmizləyən və “Uran-14” yanğınsöndürən maşınlar daxildir. Onlardan yanğınsöndürmə və partladıcıları zərərsizləşdirmə üzrə ixtisaslaşmış bəzi bölmələrdə istifadə olunacaq.

Rusiya Müdafiə Nazirliyi istifadəyə verilən yeni robot silahlarla əsgər həyatının riskə atılmayacağını bildirib. /ans/


799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42