Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Portuqaliya və Fransa DÇ- 2014-ə vəsiqə qazanıb

DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə pley-off oyunları baş tutub.

Apasportun məlumatına görə, Braziliyada keçiriləcək mundiala qatılmaq üçün mübarizəni davam etdirən 8 komanda cavab oyunlarına çıxıb.

Günün ən maraqlı qarşılaşması İsveçdə keçirilib. Bu ölkənin milli komandası doğma azarkeşləri qarşısında Portuqaliyanı qəbul edib. Bu görüş həm də, dünyanın ən güclü futbolçularından olan Zlatan İbrahimoviç - Kriştianu Ronaldo dueli oldu. Ronaldo 3 qol vuraraq komandasına qələbə qazandırıb.

Futbolsevərlərin maraqla gözlədiyi digər qarşılaşma isə Parisdə keçirilib. İlk görüşdə Ukraynaya 2 cavabsız qolla məğlub olan Fransa millisi evdə rəqibini 3:0 hesabı ilə məğlub edərək Braziliyaya vəsiqəni təmin edib.

Portuqaliya və Fransa millisi ilə yanaşı Yunanıstan və Xorvatiya da dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilib.

Avropa zonası üzrə pley-off oyunları
19 noyabr
Rumıniya - Yunanıstan - 1:1
İlk oyun- 1:3
QOL: Torosidis, 54 - Mitroqlu, 23

Xorvatiya - İslandiya - 2:0
İlk oyun - 0:0
QOL: Mandzukiç, 27, Srna, 47
Qırmızı vərəqə: Mandzukiç, 38 (Xorvatiya)

İsveç - Portuqaliya - 2:3
İlk oyun – 0:1
QOL: İbrahimoviç, 68, 72 - Ronaldo, 50, 77, 79

Fransa - Ukrayna - 3:0
İlk oyun – 0:2
QOL: Sako, 22, 72, Benzema, 34
Qırmızı vərəqə: Kaçeridi, 47 (Ukrayna)
2413 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP