Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

Rubl yenidən "çökür"

Ekspertlər hesab edir ki, Rusiya üçün bu il çətin olacaq
Dünyada ən çox xristian pravoslavlarının yaşadığı Rusiyada rus rublu yenə də dəyərini itirməkdə davam edir. Dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşması və Qərbin iqtisadi sanksiyaları səbəbindən 2014-cü ili rublun sürətlə dəyərini itirməsi fonunda başa vuran bu ölkə Yeni ilə də iqtisadi problemlerlə girdi.

Yeni ili ənənəvi olaraq iki həftəlik bayram tətili ilə qeyd edən Rusiya hələlik bu əhval-ruhiyyədən ayrılmayıb. Amma bu zahiri sakitlik Moskva birjasında keçirilən yeni ilin ilk satışlarına təsir etmədi. ABŞ dolları yenə də rus rublu qarşısında bahalaşdı. İndi bir ABŞ dolları 63 rubldan satılır. Dünya bazarlarında neftin qiymətinin yeni ilin ilk günlərində ucuzlaşmaqda davam etməsi rus rublunu önümüzdəki günlərdə də çalxantılı bir dönəmin gözlədiyindən xəbər verir. İqtisadi böhrana görə bayram əhvalını pozmamağa çalışan Moskva sakinlərinin yeni illə bağlı optimist proqnozları diqqət çəkir.

Moskva sakini Sergey Zaxarov deyir ki, indiki vəziyyət ona çox təsir edir: “Çünki, mən ticarətlə məşğul oluram və satışlar çox azalıb. Ancaq mən hökumətimizə inanıram. Ümid edirəm ki, onlar lazımi tədbirləri görəcəklər və 2015-ci ilin ikinci yarısında böhran başa çatacaq”.

Rublun sürətlə dəyər itirməsinin ən çox təsir etdiyi sahələrdən biri isə daşınmaz əmlak sektorudur. Rusiya əmlak bazarındakı bütün alqı-satqılar rublla həyata keçirildiyi üçün indi Moskvada evlərin qiyməti dollar nisbətdə yarı-yarıya ucuzlaşıb. Moskvada evlərin ortalama qiyməti hər kvadrat metr üçün 5 min dollar idisə, indi bu rəqəm 3 min dollardan da aşağı düşüb.

Dünya bazarlarında neft qiymətlərinin ucuzlaşmasına paralel olaraq Rusiya neft satışından əldə etdiyi gəliri əvvəlki səviyyədə qoruya bilmək üçün neft istehsalını artırma yolunu seçib. Dekabr ayında Rusiyada günlük neft hasilatı 10 min 667 barelə çıxıb ki, bu da son 20 ilin ən yüksək rəqəmidir.
747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat