Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

“Neftin qiyməti 90 dollara qalxacaq”

İranın neft naziri Bijən Namdar Zənqəne hesab edir ki, yaxın bir neçə ay ərzində “qara qızıl”ın qiyməti qalxacaq və bir barrel 70-90 dollar olacaq.

“RİA Novosti” xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilir.

“İlk dəfədir ki, KİV neftin qiymətinin düşməsinə qarşıdır. Bundan əlavə, ABŞ-da respublikaçılarla demokratlar arasındaskı fikir ayrılığı neftin qiymətinin oynamasına gətirib çıxara bilər. Bununla əlaqədar olaraq güman etmək olar ki, yaxın aylarda neftin qiyməti 90 dollara qədər qalxacaq”, - deyə Zənqəne bildirib.

Onun fikrincə, OPEK (Neft ixrac edən ölkələrin təşkilatı) neft bazarındakı duruma ancaq bir vasitə ilə - neft hasilatını azaltmaqla təsir göstərə bilər.
702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35