Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

Öcalana görə həbslər başladı

Türkiyədə PKK lideri Abdulla Öcalana görə həbslər başlanıb.

Öcalanın azadlığa buraxılması tələbi ilə başladılan imzatoplama kampaniyasına dəstək verənlərin saxlandığı xəbər verilir. Mardin Qızıltəpə bələdiyyəsi başqanları İsmayıl Ası və Leyla Salman istintaqa cəlb edilib. Batman bələdiyyəsi başqanı Gülüstan Akel də saxlanılıb. Bu kampaniyanın qanuni olmadığı qeyd edilib.

Yayılan son xəbərdə Batman bələdiyyəsində daha 8 nəfərin həbs edildiyi deyilir.

Xatırladaq ki, Türkiyədə Öcalanın azad olunması istiqamətində pərdəarxası danışıqlar gedir. Rəsmi müzakirələrdə onun azad edilməsi haqda fikirlər səslənsə də, hər hansı real addım atılmayıb.
708 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP